Son zenge aid seir
Dərs qurtardı, bu da son zəng, son səda,
Uşaqlıq da belə ötdü, ötüşdü.
O qıza bax, yaman düşüb bir oda,
Bu gün artıq gəncliyiylə görüşdü.
Oğlana bax, baxışıyla Koroğlu,
Səngər boyu Ana Vətən gözləyir.
Bir ona bax, Aya qalxan Yer oğlu,
Hər pərdəni ilmə-ilmə izləyir.
Min dil açıb ürəklərin arzusu,
Həsrət yağır müəllimin gözündən.
Bu igidlər sabah vətən ordusu,
Heç birinin xəbəri yox özündən.
Qibləmizdir, qibləgahdır bu bina,
Gözümüzə işıq verib, nur verib.
Minlərimiz qızınmışıq oduna,
Hər nə verib, çaylar kimi gur verib.
Ayrılıqdan qəhər qonub gözlərə,
Nələr demir müəllimin baxışı.
Fikir verin bu qəhərli sözlərə,
Kəlmə-kəlmə ürəklərə axışır.
Salamat qal, Ana məktəb, doğma yurd,
Darıxmasın otaqların, dəhlizin.
Kədərlənmə, sən başını uca tut,
Əbədilik qibləmizsən sən bizim.
Dərs qurtardı: bu da son zəng, son səda,
Uşaqlıq da belə ötdü, ötüşdü.
O qıza bax, yaman düşüb bir oda
Bu gün artıq gəncliyiylə görüşdü.
Adı :
Son zenge aid seir
Tarix
: 12.06.2015 - (21:56)
Oxunub :
3543
Hekayeni Yazan :
Sərdar Zeynal 15.05.1995
Fikir bildir
(1)
beyendin?
|
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Mezun Şeirləri
[Hekayelerde: 1 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz