BuDa QaRaBaGLi Son zeng seiri
Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək.
Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.
Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.
Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.
Bu məzun lentini salıb sinəmə,
Boynumu bükmüşəm,nədənsə bu gün.
hərdən bu sualı verdim özümə:
“Son zəng ayrılığı ağırdır neyçün?”
Suala bir cavab düşündükcə mən,
Özüm də bilmədən gözlərim doldu.
Bu sirli sualın sirli cavabı_
“Məktəb 11 illik bir ömür”oldu.
Adı :
BuDa QaRaBaGLi Son zeng seiri
Tarix
: 12.06.2015 - (21:58)
Oxunub :
1846
Hekayeni Yazan :
BuDaQaRaBaGLi
Fikir bildir
(0)
beyendin?
(
+477
|
-442
)
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Mezun Şeirləri
[Hekayelerde: 6 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz