Aglayacaqsan
Vaxt gələr xoşbəxtlik daşını atıb,
Görərsən əzabın məqamı çatıb.
Unudub kədəri bir anlıq yatıb,
Hər gecə oyanıb ağlayacaqsan....
Vurulub bir gözü izləyəcəksən,
Baxışı anidən gizləyəcəksən.
Bəlkə də ömürlük gözləyəcəksən,
Görəndə yubanıb ağlayacaqsan....
Gözünün yaşını yanağa saçıb,
Titrəyib dərdini kiməsə açıb.
Görərsən sevdiyin dostlarin qaçıb,
Hər kəsə inanıb ağlayacaqsan....
Peşmanlıq gəldikdə özünü danlayıb,
Ağlarsan dərindən qəlbi qanlayıb.
Nə vaxtsa birgün sən məni anlayıb,
Mənim tək sən yanıb ağlayacaqsan...
Baxarsan rəsmime gözlərin dolar,
Gözlərin bağlanıb gözümdə qalar.
Mən isə məzarda artıq gec olar,
Sessizcə dayanıb ağlayacaqsan....
Adı :
Aglayacaqsan
Tarix
: 06.05.2015 - (11:12)
Oxunub :
1334
Hekayeni Yazan :
Senan
Fikir bildir
(1)
beyendin?
|
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Sevgi Şeirləri
[Hekayelerde: 4 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz