Bir şəhərdə namuslu bir ailə varmış. Ər zərgər, qadın isə ev xanımıymış. Bir gün qadın hər gün süd gətirən kişi satıcıdan süd almaq üçün qapı aralığından qazanını uzatmış. Amma Südçü əvvəldən etmədiyi bir şeyi etmiş. O gün qadının əlini şəhvətlə tutmuş. Qadın qazanı dərhal buraxmış. Südçünün etdiyinə çox kədərlənmiş. Əri evinə gəldiyi zaman ağlayaraq, "Söylə bu gün nə etdin ki, mənim başıma belə bir iş gəldi?" deyərək olanı izah etmiş. Bunun üzərinə adam belə bir etiraf etmiş:'' Xanım üzr istəyirəm, bu gün heç etmədiyim bir işi etdim. Bilərzik almaq istəyən bir qadın, 'taxa bilmirəm mənə kömək et' dedikdə, bilərziyi qoluna taxarkən, bunu sanki çətin olurmuş kimi gecikdirərək etdim ki, qolu bir-iki saniyə daha çox əlimdə qalsın.Sənin başına gələnin səbəbi budur.''
Adı : Bilerzik Tarix : 12.06.2015 - (21:48) Oxunub : 1464 Hekayeni Yazan : Hesen