BİR ÜRƏK VAR
Bənövşə tək boynu bükük,
Bir ürək var gülüm məndə.
Daxma kimi uçuq-sökük
Bir ürək var gülüm məndə.
Yana-yana hey ağlayan,
Sevgisini soraqlayan,
Şeir yazıb, kədər yuyan
Bir ürək var gülüm məndə.
Göz yaşıyla gül bəsləyən,
Xoş sözüylə dil bəsləyən,
Gecə-gündüz yol gözləyən,
Bir ürək var gülüm məndə.
Qar geyinib qışa dönmüş,
Həsrətindən daşa dönmüş,
Qəfəsdəki quşa dönmüş
Bir ürək var gülüm məndə.
Öz-özündən sevgi uman,
Sevgi iman, sevgi güman,
Dərdindən alışıb yanan,
Bir ürək var gülüm məndə.
Adı :
BİR ÜRƏK VAR
Tarix
: 12.06.2015 - (22:02)
Oxunub :
1263
Hekayeni Yazan :
.........
Fikir bildir
(0)
beyendin?
|
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Sevgi Şeirləri
[Hekayelerde: 1 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz