MƏNİM SEVGİ NAĞILIM
Sən mənim hər səhər doğan Günəşim,
Sən mənim hər axşam çıxan Ayımsan,
Sən mənim çiçəkli, güllü gülşənim,
Sən mənim Tanrıdan gələn payımsan.
Sən mənim keçmişim, həm gələcəyim,
Sən mənim taleyim, hər bir anımsan,
Sən mənim gözümün yaz şəlaləsi.
Sən mənim damarda axan qanımsan.
Sən mənim ürəyim, qəlbim,varlığım,
Sənmənim,şəkərim, qəndim,noğulum,
Sən mənim sevgidən şirin nağılım,
Sən mənim bitməyən cavanlığımsan.
Adı :
MƏNİM SEVGİ NAĞILIM
Tarix
: 01.07.2015 - (08:40)
Oxunub :
1227
Hekayeni Yazan :
Qoşqar Qaraçaylı
Fikir bildir
(0)
beyendin?
|
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Sevgi Şeirləri
[Hekayelerde: 5 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz