Çox qədim zamanlarda bir varlı
oğlan yaşayırdı. Günlərin bir
günü bu oğlan bir gənc qıza
möhkəm aşiq olur. Bir az
keçəndən sonra oğlan aşiq
olduğu qıza evlənmək təklifini
verir. Lakin qızın bir qüsuru var
idi: onun bir əli şikəst idi. Buna
görə qızcığaz oğlandan
utanırdı və gecə-gündüz...
Allaha ona şəfa verməsini dua
edirdi. Mərhəmətlilərin ən
mərhəmətlisi olan Allah da
onun dualarını qəbul edir və
möcüzə baş verir. Qızın şikəst
əli sağalır. Qız sevincək halda
oğlana razılığını bildirir və onlar
evlənirlər. Bir gün cavan cütlük
mehribancasına evlərində
nahar edirdilər. Bu zaman evin
qapısına bir dilənçi yaxınlaşır və
ev yiyələrindən ona yardım
etmələrini yalvarır. Bunu eşidən
kimi, qız iki dilim çörəyi
götürüb dilənçiyə vermək
istəyir. Lakin əri ona bunu
etməyə icazə vermir. Qız
fikirləşir ki, əri xəsislik edir və
buna görə gözləri yaşla dolur.
Elə bu an əri ona belə deyir: «İki
dilim çörək çox azdır, ona bir
qab dolu yemək ver». Qız
sevincək yeməyi dilənçiyə
verəndə təəccübündən donub-
qalır. Çünki həmin şəxs onun
birinci əri idi. Bu insan vaxtilə
çox varlı, adlı-sanlı adam idi,
lakin o qədər xəsis idi ki, sonda
dilənçilik etmək
məcburiyyətində qalır. Qız
yeməyi verib, bikef halda oturur
və həyat yoldaşına öz acı
hekayəsini danışır: «Birinci
ərim çox xəsis idi. Bir gün evdə
tək idim, bir dilənçi gəldi, mən
də ona bir toyuq verdim, içinə
də qiymətli üzüyümü qoydum.
Ərim evə qayıdanda bundan
xəbər tutdu və qəzəblənərək
məndən boşandı, hələ üstəlik,
şəhərdən qovub əlimi kəsdi».
Bütün buna heyrətlə qulaq asan
oğlan dözməyib ağlayır. Qız
bunun səbəbini soruşanda,
oğlan belə deyir: «Üzüyü
verdiyin həmin dilənçi mən
idim. Və məhz bu üzük
vasitəsilə mən varlandım»
Adı : Dilenci varlandi-Varli dilenmeye basladi. Tarix : 13.07.2015 - (09:16) Oxunub : 1404 Hekayeni Yazan : Senan