Yaşlı bir bəy, səhər erkən
evindən çıxmış, yolda
irəliləyərkən, bir velosipedlinin
deymesiyle yerə diyirlənmiş və
yüngül yaralanmış. Küçədən
keçənlər yaşlı bəyi dərhal ən
yaxın sağlamlıq vahidinə
çatdırmışlar. Tibb bacıları, əvvəl
sarğı etmişlər və \'bir az
gözləməsini və rentgen çəkərək
hər hansı bir qırıq və ya çatlaq
olub olmadığını
araşdıracaqlarını\' söyləmişlər.
Yaşlı bəy narahatlanmış;
\"tələsiyi olduğunu, rentgen
istəmədiyini\" söyləmiş. Tibb
bacıları maraqla tələsiyinin
səbəbini soruşmuşlar.
\"yoldaşım qocalar evində qalır.
Hər səhər birlikdə nahar
etməyə gedərəm, gecikmək
istəmirəm\" demiş.
\"yoldaşınıza xəbər çatdırar
gecikəcəyinizi söyləyərik\"
dəyincə. Yaşlı adam kədərli bir
ifadə ilə \"Çox təəssüf ki
arvadım Alzheimer xəstəsi heç
bir şey anlamır, hətta mənim
kim olduğumu dahi bilmir\"
demiş. Tibb bacıları heyrətlə
\"Madam sizin kim olduğunuzu
bilmir niyə hər gün onunla
nahar etmək üçün gedirsiniz?\"
deyə soruşmuşlar. Adam qemli
bir səslə \"Amma mən onun
kim olduğunu bilirəm\" demiş.
Adı : Temennasiz sevgi.. Tarix : 22.07.2015 - (12:22) Oxunub : 1594 Hekayeni Yazan : Esqi_Kerbela