keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır.Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir… Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur. Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib ‘ana,acam’ deyir…Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir. Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki ‘Nə zaman unutdun məni?’ Qız ağlayaraq deyir ki ‘Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!’ Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: ‘Sən niyə o kağızı açıb oxumadın axı!’ deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur: ‘Bir an belə