Dostunun gündən-günə
pisləşdiyini görən biri onu
həkimə göstərməyi qərara alır.
Həkim xəstəni müayinə
etdikdən sonra onun ağacda
yarpaqlar saralıb tökülənədək
ömrü qaldığını bildirir. Bunu
eşidən xəstə dost hər səhər
ayılıb pənəcərə qarşısındakı
ağaca baxardı. Payız
yaxınlaşmışdı və ağacdakı
yarpaqlar yavaş-yavaş saralıb
tökülürdü. Beləcə yarpaqlar
hamısı tökülməyə başladı və
sonda ağacda yalnız üç yarpaq
qaldı, dostu bu üç yarpağında
töküləcəyini gözləyirdi, amma
yarpaqlar tökülüb getmirdi.
Bunun ümidiylə xəstə dost
yavaş-yavaş sagalmağa başladı.
Günlər keçdi və bir gün o ağaca
yaxınlaşanda gördü ki,
ağacdakı yarpaqlar kağızdandır
və bu zaman dostu ona dedi:
\"Ağacdakı yarpaqları çoxdan
külək aparmışdı və mən səndən
xəbərsiz ağaca kağızdan xəyali
yarpaq düzəltdim, sənin ümidin
itməsin deyə.\"
Adı : Uc dene kagiz yarpaq sayesinde sag qaldi Tarix : 11.01.2016 - (01:15) Oxunub : 1702 Hekayeni Yazan : Haqq adami