Rauf Sahir-Sevgi Seiri
Yenə yağış yağır,yenə buludlar,
Sanki göz yaşını axıdır dən-dən.
Utanır baxdıqca mənə buludlar,
Onlar ağladıqca islanıram mən.
Mənim də göz yaşım axsa da,ancaq,
Yağış damlaları gizlədir onu.
Nə baxan insanlar,nə qara torpaq,
Nə də ki,sevgilim hiss edir onu.
Onu seyr edirəm,doya bilmirəm,
O da mənə baxır pəncərəsindən.
Nəsə pıçıldayır,duya bilmirəm,
Yağış damlasının həzin səsindən.
Onunsa göz yaşın görə bilirəm,
Yüzlərlə damlalar arasından mən.
Nə ona təsəlli verə bilirəm,
Nə silə bilirəm yaşı gözündən.
Sabah nişanlanır o özgəsinə,
Son dəfə görürəm onun üzünü.
Son dəfə baxaraq pəncərəsinə,
Həsrətlə süzürəm yaşlı gözünü.
Məni bu ayrılıq öldürməsə də,
O qəmli baxışlar öldürəcəkdir.
Məni bu ruzigar güldürməsə də,
Hansısa ailəni güldürəcəkdir.
Daha gözləməyin nə mənası var?
Qoy yağış dəfn etsin bu sevgimizi.
Gedirəm o yerdən,dönmərəm təkrar,
Qoy heç kim sevgili bilməsin bizi.
Rauf Sahir
Adı :
Rauf Sahir-Sevgi Seiri
Tarix
: 12.10.2016 - (09:37)
Oxunub :
1118
Hekayeni Yazan :
Admin
Fikir bildir
(0)
beyendin?
|
Ana Sehife
→
Şeir | Sevgi Şeirləri
→
→ Sevgi Şeirləri
[Hekayelerde: 5 Nefer Var]
1win Azerbaycan
www.Tindo.biz