Gənc bir qız ağır bir
xəstəliyin pəncəsində son
günlərini yaşayırdı. Yaralı qəlbi
artıq bu dünyada dözə bilmirdi.
Qızın çox varlı olan ailəsi bütün
qəzetlərə qızın qəlbin
sağaldacaq adamı tapmaq üçün
elan vermişdi. Qızı üçün canını
qurban verəcək birini
axtarırdılar. Çünki qızın ürəyini
dəyişdirmək lazım idi. Gənc
qızın xəstəxana otağında həyatı
günü-gündən solurdu. Yenə
xəstəxana otağında yalnız idi.
Gözü yaşlı, boynu bükük ölümü
gözləyirdi. Gözlərini bağlayıb bu
kiçik otaqda yalnız göz yaşı
tökməkdən yorulmuşdu. Yenə
də əngəl ola bilmədi bulaq kimi
çağlayan gözlərinə. Sevgilisi
düşdü yadına, kasıb amma onu
ölüncə sevən sevgilisi. Hər gün
eyni şeyləri fikirləşib, keçmiş
xatirələri bir film kimi
gözlərinin önünə gətirirdi.
\"Pulum yoxdur amma sənə
verə biləcəyim sevgi dolu bir
qəlbim var\" demişdi sevdiyi
oğlan. Gənc qızda başqa bir şey
istəmirdi. Sevgiyə möhtac olan
biri, sevdiyinin sevgisindən
başqa nə istiyə bilərdiki. Amma
olmamışdı, dünyalar qədər bir-
birilərini sevən sevgililərin
arasına pul, var dövlət girib
onları ayıra bilmişdi. Amma indi
var dövlətin keçmədiyi bir vaxt
gəlmişdi. Nə mənası vardı
artıq??? Bu son günlərində,
sevdiyi oğlan yanında olsaydı
heç bu qədər ağlamazdı.
Ayrıldıqları gündən indiyə
qədər 5 il keçmişdi. Amma hər
gün həsrət çəkmiş ürəyini
kimsəylə bölməmişdi. Elə həmin
vaxt sevdiyini fikirləşdi. Görəsən
nələr etmişdi bu il müddətində
sevdiyi oğlan... Kim bilir bəlkə
də evlənmişdir. Gözlərindən bir
damla yaş daha damladı
qurumuş dodaqlarına. Əllərinə
baxdı. Bir zamanlar əllərinin,
sevdiyinin əllərini tutduğunu
xəyal edib hər gün saatlarca
əllərinə baxardı. Ən çox
saçlarının tökülməyi onu
ağladırdı. Çünki bir zamanlar o
saçları sevdiyi oğlan öpmüşdü.
Hər gün gözlərindən bir damla
yaş axanda qəlbinə sanki bir ox
batırdı. Qəlbi yenə sızlamağa
başladı. Bəlkə sevdiyi yanında
olsaydı qəlbi bu qədər yorulub,
əlvida deməzdi həyata. Qız artıq
ölümdən qorxmurdu.
Sevdiyindən ayrı