yaşlarındadırlar. Amma...
Yeri gəlmişkən bir hadisə
danışım dostum. Bir uşaq
namaza can atarkən Ömər o
uşağa demişdir ki, balaca hələ
vaxtına çox vaxt. Bu qədər
qorxub təlaşa düşmə. O uşaq
cavabında demişdir: \"Əmi
bəyəm ölüm dediyin haqq
deyilmi? Dünən bir uşaq öldü,
üstəlik yaşca məndən kiçik. Bu
işin böyükü, kiçiyi olarmı?\" Pul
qazanandan sonra
başlayacaqsan qılmağa? Düşün
dostum. Səndən əvvəlkilər
özlərilə nə apara bildilər?
Qocalandan sonra qılacaqsan?
Çünki onda çox vaxtın olacaq?
Bəlkə qocalmadın onda necə?
Yoxsa deyəcəksən əşi əsas
odur ki, ALLAHa sevgim və
inamım var. ALLAHın varlığına
şəhadətim var. Önəmli olan
ürəyin təmizliyidir. Onda
dostum de görüm sənin ürəyin
Peyğəmbərin ürəyindən
təmizmi olacaq? Ondan çoxmu
sevgi dolu ürəyin var? Amma
Rəsulullahın (s.a.s) namaz üstə
durmaqdan dizləri şişmişdir.
Görürsən dostum. Bəhanələr
işə yaramır. Dostum gəl
uzatmayaq. Nə deyirsən indi?
Deyəcəksənmi \"ey ürəyim
tövbə et, Allaha olan sevgilə coş,
mən namaza başlayıram.\"
Hazırsanmı? Dostum ölümdən
sonra səfərin uzaq amma
azuqətin çox azdır... Nə qədər
gec deyil başla. Tövbə et. Bu
dünya sınaq üçündür. Nəfsinə
uyub aldanma. Sabah- sabah
deyə-deyə namazı saxlama.
Ölüm haqdır. O bir gün gələcək.
Mütləq gələcək. Sən daha
güclüsən. İnan mənə dostum.
ALLAH sənin namazını qəbul
etsin