Biri hər gecə qalxıb ALLAHı
xatırlayır, Ona dua
edərdi..Şeytan ona dedi:- Ey
davamlı ALLAH-i anan adam!
Bütün gecə ALLAH deyib
çağırmağına , yalvarmağına
qarşılıq səni buyur edən varmı
ki?Sənə bir tək cavab belə
gəlmədi, daha nə zamana
qədər belə yalvarıb dua
edəcəksən?Adamın könlü
qırıldı, başını yerə qoydu və
hüzn içində yatdı..Yuxusunda
ona belə deyildi:-- Özünə gəl
oyan! Niyə duanı, zikri
buraxdın? Niyə yoruldun?
Adam:- \'Buyur\' deyə bir cavab
gəlmir ki.. Artıq qapıdan
qovulmaqdan qorxuram,
dedi..Bunun üzərinə ona
deyildi:-Sənin ALLAH deməyin,
Onun buyur deməsi
sayəsindədir.. Sənin yalvarışın,
ALLAHın sənin ruhuna xəbər
uçurmasındandır. .Sənin
səylərin, çarələr axtarman,
ALLAHın səni özünə
yaxınlaşdırması , ayaqlarındakı
bağları həll etməsindəndir..
Sənin qorxun, sevgin, ümidin,
ALLAHın lütf kəməndidir..Sənin
hər \'Ya Rəbbim\' deməyinin
altında , ALLAHın buyur deməsi
vardır..Qafilin , cahilin könlü bu
duadan uzaqdır.. Çünki Ya
Rəbbim deməyə icazə yoxdu
ona.. Ağzında da kilid var onun,
dilində də..Zərərə uğradığı
zaman, ağlayıb sızlama deyə
ALLAH ona dərd , ağrı , sızı ,
qəm , kədər vermədi.. Artıq anla
ki , ALLAHa dua etməyini , Onu
çağırmağını təmin edən dərd ,
dünya səltənətindən daha
yaxşıdır.. Dərdsiz dua
soyuqdur.. Dərdliykən edilən
dua isə könüldən qopar.
Adı : Derdliyken Edilen Dua. Tarix : 09.01.2016 - (00:14) Oxunub : 1975 Hekayeni Yazan : Haqq Adami