yaşamağın
ölümdən nə fərqi var idi ki,
təkrar yenə sevdiyi düşdü
yadına. Kaş yanımda olsa dedi
gənc qız. Gözlərini son dəfə
öpsə, rahatca əbədi olaraq
gözlərini yuma bilərdi artıq.
Yenə gözləri bulaq kimi
çağlamağa başladı. Sevdiyini
son dəfə görməmiş ölmək
istəmirdi. Az da olsa ondan bir
xatirə almamış bu dünyadan
köçmək istəmirdi. Amma
sevdiyi kim bilir kiminlə bərabər
idi...! Qız öz sevgi dolu qəlbini
heç kimlə bölməmişdi görəsən
oğlan kiminlə bölmüşdü öz
qəlbini? Onun sevgisini silib
atdımı görən qəlbindən? Qızın
içi birdən nifrətlə doldu. Üstünə
bir ağırlıq çökdü. Onu
düşünəndə hər dəqiqəsinin
hüznlü keçməsi çətin gəlirdi
gənc qıza. Ölmək istədi, artıq
yaşamaq istəmirdi bu dünyada.
Amma sevdiyindən bir xatirə
almamış bu dünyadan
köçməyəcəyinə and içmişdi
gənc qız. Kim bilir bəlkə də
sevdiyi oğlan onu unudub artıq.
Təkrar gözlərini açdı. Dərin bir
düşüntü. Birdən qızın atası içəri
girdi. Və qızına ürəyini vermək
istəyən bir könüllü tapıldığını
dedi. Qız bu xəbərə heç
sevinmədi. Gözləri artıq yaşla
dolmuşdu. Həmin gecə biri
gözlərini əbədi olaraq yumdu
və gənc qız cərrahiyyə
əməliyyatı olundu. Əməliyyatdan
1 həftə sonra qız sağaldı.
Amma dünya daha başqa gəldi
qıza. Sanki nə isə ək idi
həyatından. Aradan aylar
keçmişdi gənc qız artıq təmiz
sağalmışdır. Amma içindəki
həsrət, kövrəklik
qurtarmamışdı. Sevdiyi yadına
düşəndə ürəyi əvvəlkindən çox
ağrıyırdı. Bir dəfə görə
bilsəydim deyə ürəyində
danışdı. Qəlbi yenə sızlamağa
başlamışdı. Amma nəyə görəsə
hər gecə qəfildən güclənir və
onu yuxudan oyandırırdı və
bərk döyünürdü. Amma qızın
dibçəkdə yetişdirdiyi güllər var
idi ki, həmişə onlarla danışırdı.
Ən çox sevdiyi gülü isə qızıl gül
idi. Çünki qızıl gülün yeri onun
üçün ayrı idi. Çünki o gül də
gənc qızla gülüb ağlayırdı.
Amma qız bu qızıl gülü
sevdiyinə hədiyyə verəcəyinə
and içmişdi. Bu gülü ona görə
saxlayırdı. Birdən qapıları
döyüldü qızın. Qız qapını açdı
amma heç kim yox idi. Birdən
gözü