yerdəki ağ məktub zərfinə
sataşdı. Yavaşca gəlib zərfi
yerdən götürdü. Bu an qəlbi
həyəcanla döyülməyə başladı.
Nə olduğunu başa düşmürdü
qız. Zərfin üzərində nə ad nədə
adres var idi. Qız zərfi açdı.
İçindən ağ bir kağıza yazılmış
bir məktub çıxdı. Qəlbi daha
güclü döyünməyə başladı. Çünki
sevdiyi oğlanın qoxusu var idi
bu məktubda. Başı
gicəllənməyə başladı. Gedib
yavaşca divanda oturdu. Kağızı
açdı və əlləri titrəyərək
oxumağa başladı. Sevdiyi oğlan
məktubda belə yazmışdı:
Sevgilim səndən ayrılandan
sonra bir ürəyə iki sevginin
sığmayacağını başa düşdüm.
Səndən sonra nə birini sevdim
nə də birinə baxdım. Sadəcə
həmişə səni sevdim. Sənsiz
günlərimin hər biri o birindən
daha çətin keçirdi. Hər gün
daha çox darıxırdım. Sənə bir
kitab şer yazdım. Hər gün
yazdım, hər gün oxudum illərcə
ağladım. Hər gecə səhərə qədər
səni düşündüm. Hər gecə sənin
yanında olmağı istədim və hər
gecə sənsizliyə lənət etdim.
Yuxuları haram etdim özümə.
Sənsizliyin acığın gözlərimdən
aldım və bir gün hər şeyi
dəyişdirəcək bir fürsət düşdü
əlimə. Bunu fürsət hesab
etməyib özümə haqsızlıq edə
bilmədim. Və bu fürsət məni
səndən çox uzaqlara apardı.
Mən səndən çox uzaqlara
getdim, bəlkə səni unudaram
dedim. Amma tam tərsi oldu.
Səndən uzaqlardaydım, amma
səni görmək üçün uzaqlardan
səni görməyə gəlirdim. Həmdə
hər gecə gəlirdim. Gəlib sənə
baxırdım, səni sevirəm və əyilib
hər gecə yanağından öpürdüm.
Sən isə hər gecə gözlərini açıb
baxarkən gəldiyimi zənn
edirdin. Amma məni görməyib
təkrarən yuxuya dalırdın. Sabah
bir-birimizi sevməyimizin altıncı
il dönümüdür. Həmişə mən
gəldim sənin yanına sabah da
sən gəl sevgilim. Sənin hər dəfə
qəlbin döyünərək ağrıyanda
mən sənin yanında olurdum.
Amma birdə unutmamış deyim
ki, sinəndə daşıdığın mənim
qəlbimə yaxşı bax. Çünki göz
yaşlarımla adını yazdım ora.
Səni səndən çox sevən bir sevgi
var qəlbinin içində. Gələndə
qızıl gülü də yaddan çıxarma.
Səni sevirəm yanıma gələnə
qədər də